İran Prezidenti sabah Putinlə görüşə gedir

iran-prezidenti-sabah-putinle-goruse-gedir
Oxunma sayı: 1300

Yanvarın 19-u Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında danışıqlar keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. 

Tərəflər görüş zamanı iki ölkə arasında münasibətlər, eləcə də gündəmdə olan beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Həmçinin, liderlər İranın nüvə sazişinin icrası məsələlərini də müzakirə edəcəklər.