İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Səfərin təxirə salınmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, İ.Rəisinin noyabrın 29-u Türkiyəyə səfər edəcəyi planlaşdırılırdı.