İran pulu dollara nisbətdə rekord həddə ucuzlaşdı - Video

iran-pulu-dollara-nisbetde-rekord-hedde-ucuzlasdi
Oxunma sayı: 3045

İranın milli valyutası real son günlər dollara nisbətdə xeyli ucuzlaşıb.

“Qafqazinfo” “Azadlıq radiosu”na istinadən xəbər verir ki, son zamanlar 1 dollar 395 min İran realından da baha satılıb.

Bunu eşidən yerili  əhali əllərindəki pulu dollar və qızıla dəyişməyi üstün tuturlar.

İran Milli Bankı etiraf edib ki, pulun dəyərdən düşməsinə səbəb ölkəyə tətbiq edilən sanksiyalar və son aylarda baş tutan etirazlardır.

Qeyd edək ki, 1 Azərbaycan manatı 24 İran realına bərabərdir.