İranda əxlaq polisi yenidən fəaliyyətini bərpa etdi

iranda-exlaq-polisi-yeniden-fealiyyetini-berpa-etdi
Oxunma sayı: 2028

İranda əxlaq polisi yenidən fəaliyyətini bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bildirilib ki, hazırda hicab qanununu pozanları aşkar etmək üçün müşahidə kameralarından da istifadə edilir.

Xatırladaq ki, Məhsa Əmininin ölümü ilə başlayan etirazlardan sonra əxlaq polisinin məhkəmə sisteminə aidiyyəti olmadığı üçün fəaliyyətinin dayandırıldığı bəyan edilmişdi.

İndi isə onun fəaliyyəti bərpa olunub.

Məlumatı İranın Baş prokuroru Məhəmməd Cəfər Montəzeri də təsdiq edib.