İranda zəlzələ oldu

iranda-zelzele-oldu
Oxunma sayı: 1750

İranda 4,8 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Bildirilib ki, yeraltı təkanlar İsfahan vilayətində qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.