ABŞ Prezidenti Donald Tramp Tehranın Qətərdəki ABŞ bazasına endirdiyi cavab zərbəsini zəif adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, İranın atdığı 14 raketdən 13-nün vurulduğunu bildirib:
“İran özünün nüvə obyektlərinin məhv edilməsinə gözlədiyimizdən zəif reaksiya verdi”.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, heç bir amerikalı xəsarət almayıb və demək olar ki, heç bir ziyan dəyməyib”, - Amerika lideri əlavə edib.
Onun sözlərinə görə, qətərlilər arasında da itki yoxdur.