İranla sərhəddə hərbi təlimlərlə Tehrana belə mesaj verildi - Video

iranla-serhedde-herbi-telimlerle-tehrana-bele-mesaj-verildi
Oxunma sayı: 8485

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə birgə təlim keçirir. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Müdafiə Nazirliyinin təlimlərə dair yaydığı görüntülərdə diqqəti çəkən məqamlardan biri də çaylar üzərində keçid açmaq məqsədilə panton körpünün salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqların icra edilməsi olub. Bunu bir növ İrana ünvanlanan mesaj kimi dəyərləndirmək olar. Bununla da rəsmi Tehrana “qardaşların dəmir yumruğu yerindədir” ismarışı verilib.

Həmçinin oxuyun: Группа иранцев перешла в Карабах с этими документами - Фото

Qeyd edək ki, bir müddət əvvəl İranın Silahlı Qüvvələri Azərbaycanla sərhəddə təlimlər keçirib. Həmin vaxt SEPAH Araz çayı üzərində panton körpülərlə quru qoşunlarını keçirmə təlimi keçirib.