İraqla İran sərhəd təhlükəsizliyinə dair saziş imzaladı

iraqla-iran-serhed-tehlukesizliyine-dair-sazis-imzaladi
Oxunma sayı: 2175

İraq və İran sərhəd təhlükəsizliyini əhatə edən saziş imzalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İraq Baş Nazirliyi Mətbuat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Məhəmməd Şia əl-Sudani Bağdadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani ilə görüşüb.

Görüş çərçivəsində İranla sərhədlərin birgə mühafizəsi və təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb.