İrəvan bu səhəri də etiraz aksiyası ilə açdı - Yenilənib

irevan-bu-seheri-de-etiraz-aksiyasi-ile-acdi
Oxunma sayı: 2475

Ermənistanın paytaxtı İrəvanda etirazçılar səhər saatlarından başlayaraq küçələri bağlayıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, polis yolu açmağı rədd edən aksiya iştirakçılarını saxlamağa başlayıb. 

Hazırda saxlanılanların sayı 10 nəfər təşkil edir. 

Xatırladaq ki, sentyabrın 19-dan başlayaraq irəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

***

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanların sayı 32 nəfərə çatıb.