İrəvanda etirazçılar Şahramanyanın qohumunu döydülər - Video

irevanda-etirazcilar-sahramanyanin-qohumunu-doyduler
Oxunma sayı: 7027

Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasına hücum edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polisin cəhdinə baxmayaraq, etirazçılar binaya daxil ola bilib.

Sözügedən şəxslər Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Separatçıların son “rəhbər”i Samvel Şahramanyanın da binada olduğu bildirilir. Hazırda hadisə yerində vəziyyətin gərgin olduğu vurğulanıb. 

Həmçinin oxuyun: «Альпийская демократия» на службе у Армении

***

İrəvanda aksiya iştirakçıları Samvel Şahramanyanın “administrasiyasının rəhbər”i Karen Şahramanyana hücum edərək döyüblər. Onun Samvel Şahramanyanın əmisioğlu olduğu bildirilir.