İsmayıllıda avtomobil aşdı - Ölən var

ismayillida-avtomobil-asdi
Oxunma sayı: 1134

İsmayıllıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürdeldarbəyli və Gideyli kəndləri arasında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.