İsmayıllıda vəziyyət necədir? - Rəsmi açıqlama

ismayillida-veziyyet-necedir-resmi-aciqlama
Oxunma sayı: 760

Onun sözlərinə görə, aksiya zamanı 3 avtomobil yandırılıb , o cümlədən İsmayıllı rayon icra başçısı Nizami Ələkbərovun yaşadığını evində təsərrüfat tikililəri və həyətdə olan bir avtomobil yandırılıb.

Əhmədov bildirib ki, icra başçısının həyətində yandırılan avtomobil nə icra başçısının balansında, nə də rayonun İcra Hakimiyyətinin balansında olub.

Əhmədov İsmayıllı rayonunun icra başçısının rayonu tərk etməsi barədə məlumatı təkzib edib və vəzifə başında olduğunu bildirib.

Əhmədov bir daha bildirib ki, etiraz aksiyasına səbəb Şəmsəddinov Emilin sərxoş vəziyyətdə avtomobili idarə edərkən, törətdiyi yol qəzası olub. Belə ki o, avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb.

Hadisə zamanı yolun kənarında duran rayon sakinləri ilə Emil Şəmsəddinov və onun dostu arasında mübahisə yaranıb. Onlar rayon sakinlərini təhqir etdiyinə görə, rayonun bir qrup sakini toplaşaraq "Çıraq" oteli qarşısında etiraz aksiyası keçiriblər.