İspaniyada aktivistlər parlament binasına qırmızı boya atdılar - Foto

ispaniyada-aktivistler-parlament-binasina-qirmizi-boya-atdilar
Oxunma sayı: 1418

İqlim dəyişikliyinə qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarına bağlı bir qrup gənc İspaniya parlamenti qarşısında etiraz aksiyası keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ekoloji fəallar parlament binasının əsas girişinə qırmızı boya ataraq, “İndi iqlim ədaləti”, “Edilməyən hər şeydən bezmişik, hərəkətə keçin”, “Parlamentdəki aksiyamızdan 1 il keçir, amma bizim hökumət heç nə etmir”, - deyə qışqırıb.

Bütün ispanları etiraza çağıran ekoloqlar, etdiklərinin həmişə eyni məqsəd daşıdığını, iqlim dəyişikliyi probleminin qida təhlükəsizliyi böhranı yaratmağa başladığını, elm və iqlim hərəkatlarına qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.

Polis qısa müddətdə müdaxilə edərək 8 nümayişçini saxlayıb.