“İsrail və HƏMAS arasında birbaşa danışıqlar yoxdur”

israil-ve-hemas-arasinda-birbasa-danisiqlar-yoxdur
Oxunma sayı: 977

“İsrail və HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

“Çünki bizim mövqeyimiz çox sadədir. Bütün girovlar hər hansı şərt olmadan sərbəst buraxılmalıdır. Təəssüflər olsun ki, onlarla nə baş verdiyi barədə məlumatımız yoxdur. Biz hətta onlardan kimlərin sağ olduğunu bilmirik”, - deyə səfir qeyd edib.