İsraildə “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemini idarə etmiş ehtiyatda olan hərbi qulluqçu İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.
“Qafqazinfo” İsrailin “12-ci kanal”ına istinadən xəbər verir ki, həmin şəxs “Telegram” messenceri vasitəsilə ələ alınaraq məxfi məlumatları qarşı tərəfə ötürməkdə ittiham olunur.
Mənbənin məlumatına görə, casusluqda şübhəli bilinən şəxs hərbi bazaların koordinatlarını və yüksək rütbəli vəzifəli şəxslərin adlarını İran kəşfiyyatına sızdırıb.
Məlumata görə, hərbi qulluqçu “Şir nərəsi” əməliyyatı başladıqdan cəmi bir gün sonra həbs edilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Prokurorluq onun həbs müddətinin məhkəmə araşdırması başa çatana qədər uzadılmasını tələb edib.
Hazırda hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər