ABŞ və İsrailin İrana qarşı hücumlarının başlanmasından bəri silah, hərbi avadanlıq və müxtəlif növ sursat daşıyan 50 yük təyyarəsi İsrailə enib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilib ki, daşınan hərbi materiallar İsrail ordusuna çatdırılıb. Təyyarələr vasitəsilə gətirilən yük min tondan çox silah, hərbi avadanlıq və sursatı əhatə edir.
Daşınmalar İran və Livana edilən hücumlarla eyni vaxtda həyata keçirilib və qarşıdakı dövrdə daha da artacağı gözlənilir.
Nazirlik daşınmaların konkret hansı ölkələrdən həyata keçirildiyini açıqlamayıb, lakin bunların ABŞ və Almaniyadakı nümayəndəliklər vasitəsilə təşkil olunduğu bildirilib.
Son xəbərlər
Son Xəbərlər