İsrailə raket zərbəsi endirildi - Hava məkanı bağlandı

israile-raket-zerbesi-endirildi
Oxunma sayı: 5051

Yəmənin “Ənsar Allah”  (husilər) hərəkatının tərəfdarları İsrailə raket zərbəsi endirib.

“Qafqazinfo”  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən Təl-Əvivdəki Ben-Qurion hava limanının səması bağlanıb. 

Raketin hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulduğu bildirilir.

Hücumdan sonra İsraildə həyəcan siqnalı səsləri eşidilib.