Sabah 30 kənddə qaz olmayacaq

sabah-30-kendde-qaz-olmayacaq
Oxunma sayı: 525

Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki şəhərinin, 2 qəsəbəsinin və 30 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.