İstanbulda dənizdən xaççıxarma - Fotolarda

istanbulda-denizden-xaccixarma
Oxunma sayı: 6181

Bu gün pravoslav xristianlar İsa peyğəmbərin mövludu – Milad bayramını qeyd edirlər. İstanbulda da bununla bağlı müxtəlif ayinlər və tədbirlər keçirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərdəki xristian icması bayramı Haliç sahilində dənizdən xaççıxarma mərasimi ilə qeyd edib. 

Ənənəyə əsasən, bir qrup şəxs dənizə atılan xaçı üzərək sudan çıxarmalıdır. Mərasimdə 50-yə yaxın şəxs iştirak edib.  

Balatda keçirilən bu tədbirin oxşarları Kadıköy, Bakırköy və Beşiktaşda da baş tutub.