İstanbulu tərk edib kənddə yaşayacaq - Fotolar

istanbulu-terk-edib-kendde-yasayacaq
Oxunma sayı: 5537

Kahramanmaraşda böyük dağıntılara səbəb olan güclü zəlzələdən sonra bir çox məşhur sima yaşamaq üçün azmərtəbəli binaları seçir. Bəziləri isə ümumiyyətlə, şəhərdən kənarda yaşamağı seçir. 

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu sənətçilərdən biri də Türkiyənin tanınmış aktyoru İsmail Hacıoğludur. Aktyor İstanbulda ehtimal edilən zəlzələ proqnozu səbəbindən şəhərdən kənarda yaşamağa qərar verib. 

İsmail Hacıoğlu Bursanın İznik rayonunda torpaq alıb. O, gələcəkdə burada bir mərtəbəli ev tikmək qərarına gəlib. Məşhur aktyor ilin müəyyən hissəsini buradakı evində keçirəcək.