İstirahət üçün getdiyi Qubada kvadrosikl qəzasında ölən Elçinin - Fotosu

istirahet-ucun-getdiyi-qubada-kvadrosikl-qezasinda-olen-elcinin
Oxunma sayı: 4075

Quba rayonunda ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qımılqazma kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl beton maneəyə çırpılıb. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bildirilib ki, E.Yusifov Qubaya istirahət məqsədilə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

***

Kvadrosikl qəzasında həlak olan Elçin Yusifovun fotosunu təqdim edirik: