İtaliya Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi

italiya-bakidaki-avropa-cempionatinin-texire-salinmasini-istedi
Oxunma sayı: 1333

 İtaliya Cüdo, Karate və Döyüş Sənəti Federasiyası Bakıda keçiriləcək karate üzrə Avropa çempionatının təxirə salınmasını istəyib. “Qafqazinfo” xəbər verir ki, federasiya prezidenti Antonio Espinos bu barədə açıqlama verib. 

O bildirib ki, koronavirusun sürətlə yayılması səbəbindən turnirin təxirə salınması düzgün qərar olar.

Qurum rəhbəri Beynəlxalq Karate Federasiyasına (WKF) məktub yazıb. O, WKF-nin müsbət cavab verəcəyinə ümid etdiyini bildirib.