İtaliyada daşqın - Mindən çox sakin təxliyə edildi

italiyada-dasqin
Oxunma sayı: 1541

İtaliyanın Emiliya-Romaniya vilayətində ardıcıl yağan leysan yağışlar səbəbilə mindən çox insan evlərindən təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Cənubi Avropaya yönələn “Boris” qasırğası səbəbindən bölgəyə 48 saat aramsız yağış yağıb. Daşqın nəticəsində evləri su basıb, yollar və küçələr su altında qalıb, qatarların hərəkəti dayandırılıb.

Məlumata görə, daşqınlar nəticəsində iki nəfər itkin düşüb.