Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

toydan-qayidarken-masin-asdi
Oxunma sayı: 646

Oğuzda avtomobil aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu  ərazisindən  keçən hissəsində baş verib.

Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb.

Nəticədə sürücü və onun sərnişinləri, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəza zamanı xəsarət alan şəxslər Bakı şəhərindən toydan qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov