GDU-nun əməkdaşı kirayə yaşadığı evdə dəm qazından öldü - Fotolar-Yenilənib

gdu-nun-emekdasi-kiraye-yasadigi-evde-dem-qazindan-oldu
Oxunma sayı: 2767

Gəncədə 64 yaşlı qadın kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sevda Mehdiyeva kirayə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Bildirilib ki, mərhum Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakultəsində tədris ustası kimi çalışırmış.

Yunis Quliyev