İtaliyada yerli seçkilər payıza keçirildi

İtaliyada yerli seçkilər payıza keçirildi
Oxunma sayı: 357

İtaliyanın cənub bölgəsi Kalabriyada və Roma, Milan və Neapol də daxil olmaqla bir çox şəhərlərdə yerli hakimiyyət orqanlarına seçkilər gözlənildiyi kimi yazda yox, payızda keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.

Belə ki, 15 aprel – 15 iyun tarixlərində keçirilməli olan bütün səsvermələr 15 sentyabr – 15 oktyabr tarixlərində keçiriləcək.

“Bu qərar cari epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edilib və böyük toplantılara yol verməmək, eləcə də vətəndaşların sağlamlığı üçün təhlükəsizlik şəraitində bütün prosedurları təmin etmək zərurəti ilə bağlıdır”, - Nazirlər Kabinetinin iclasının yekunlarına dair kommünikesində deyilir.

Mütəxəssislər qeyd edir ki, səsvermə prosesinin özündən çox namizədlərin seçkiqabağı kampaniyası təhlükə törədir.