İtalyan heykəltaraş yeni əsərlərini Heydər Əliyev Mərkəzində təqdim edəcək - Video

italyan-heykeltaras-yeni-eserlerini-heyder-eliyev-merkezinde-teqdim-edecek
Oxunma sayı: 1578

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Karta (Giuseppe Carta) Bakı sərgisi üçün hazırlanan yeni əsərlərini təqdim edəcək.

“Qafqazinfo” xəbər verir ki, “Təbiətin nemətləri” (“Gifts of nature”) sərgisində müəllifin ümumilikdə 120-dən çox əsəri sərgilənəcək.

Azərbaycanın mədəni ictimaiyyətini sərgisinə dəvət edən Cüzeppe Karta Heydər Əliyev Mərkəzində ən diqqətçəkən əsərlərinin təqdim olunacağını deyir.