Polis hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə xidmət aparır - Fotolar+Video

polis-hava-seraiti-ile-bagli-guclendirilmis-rejimde-xidmet-aparir
Oxunma sayı: 428

Davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, mövcud hava şəraiti ilə bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

Bildirilir ki, nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir.

Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.