Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-si Sumqayıtda vətəndaşları qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının qəbul bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Son xəbərlər
Son Xəbərlər