Həmkarları rüşvət alan hakimə güzəşt etmədi

hemkarlari-rusvet-alan-hakime-guzest-etmedi
Oxunma sayı: 2033

Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda təqsirli bilinən sabiq hakimi Elsun Əhmədovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmənin hakimləri keçmiş həmkarları ilə bağlı heç bir güzəştə yer olmadığı qənaətinə gəliblər.

Qərara əsasən, Elsun Əhmədov haqda 5 illik həbs qərarı qüvvədə saxlanılıb. Bundan sonra onun çəkilməmiş 3 il cəza müddəti qalıb.

Qeyd edək ki, eks-hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü 2024-cü ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

E.Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

Sail Ağasəlim