800 milyard dollarlıq sərvəti keçən ilk insan oldu

800-milyard-dollarliq-serveti-kecen-ilk-insan-oldu
Oxunma sayı: 643

Amerikalı milyarder İlon Mask sərvəti 800 milyard dolları ötən ilk milyarder olub.

“Qafqazinfo” “Forbes”ə istinadən xəbər verir ki, Maskın sərvəti 84 milyard dollar artaraq 852 milyard dollara çatıb.

O, “SpaceX” şirkətinin süni intellekt və sosial media startapı olan “xAI”ı satın almasından buna nail olub. Hazırda “SpaceX” şirkətinin ümumi dəyəri 1,25 trilyon dollar qiymətləndirilir.

Bildirilir ki, Mask hazırda dünyanın ikinci ən varlı insanı olan Larri Peycdən 578 milyard dollar daha varlıdır. Onun dünyanın ilk trilyonçusu olmaq üçün sərvətini cəmi 150 milyard dollar artırması kifayətdir.