Qusarda mikroavtobus aşdı - Xəsarət alanlar var+Yenilənib

qusarda-mikroavtobus-asdi
Oxunma sayı: 705

Qusarda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə Qusar şəhərinin giriş hissəsində olub.

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb yolun buzlu olması olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində 1984-cü il təvəllüdlü Tamilla Həmidova, 1962-ci il təvəllüdlü Sevda Əliyeva, 1990-cı il təvəllüdlü Mətanət Xanova və 1970-ci il təvəllüdlü Mənzurə Nurullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasında müayinə oldunduqdan sonra ambulator müalicə ücün evə buraxılıblar.

Mübariz Muradov