Bura Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsidir. Bir zamanlar xəyal olan görüntülər indi Xankəndinin mərkəzində reallığa çevrilib. Müasir auditoriyalar, rəqəmsal laboratoriyalar və iqtisadiyyatın dilini öyrənən gənclər...
“Qafqazinfo” xəbər verir ki, Təhsil TV Qarabağ Universitetinin sözügedən fakültəsindən süjet hazırlayıb.
Videomaterialda qeyd olunub ki, yeni açılan fakültədə məqsəd təkcə diplomlu mütəxəssis yetişdirmək deyil, ölkəmizin, eləcə də Qarabağın iqtisadi dirçəlişinə töhfə verəcək potensial şəxslər yetişdirməkdir. Tədris proqramı beynəlxalq standartlara əsaslanır, dərslər isə innovativ metodlarla keçirilir. Tələbələr üçün burada hər bir detal düşünülüb. Rəqəmsal iqtisadiyyatdan tutmuş logistika və idarəetməyə qədər bütün sahələr üzrə ən son nəşrlər və texnoloji imkanlar əlçatandır.
Onların bir hədəfi var: Azad Qarabağın iqtisadi gücünə güc qatmaq.
Fakültənin daxilində fəaliyyət göstərən yeni nəsil kitabxana isə təkcə kitab deposu deyil, həm də rəqəmsal bilik bazasıdır. Burada tələbələr dünya iqtisadiyyatına dair ən son nəşrlərə həm fiziki, həm də elektron formatda çıxış əldə edirlər. Səssiz mütaliə zonaları və qrup müzakirələri üçün ayrılmış otaqlar gənclərin innovativ ideyalar üzərində çalışması üçün tam uyğunlaşdırılıb.
Burada sabahın menecerləri, maliyyəçiləri və uğurlu iş adamları yetişirlər. Onlar Xankəndidən dünyaya yeni bir iqtisadi mesaj verirlər: Qarabağ artıq həm də elmin və biznesin mərkəzidir.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər