Sentyabrın 30-da italyalyan super ulduz Monika Belluçi yubileyini qeyd etdi.
“Qafqazinfo”nun məlumatına görə, dünyanın ən gözəl və sevimli qadınlarından birinin 55 yaşı tamam oldu. M. Belluçini digər aktrisalardan fərqləndirən əsas cəhəti plastik cərrahların köməyindən istifadə etmədən bu illər ərzində gözəlliyini qoruyub-saxlaması, təbiiliyini itirməməsidir. Buna Fransanın “Madame Figaro” jurnalının üz qabığına baxıb bir daha əmin olmaq olar.

Monika Belluçi İtaliyanın şimalında yerləşən Çitta-di-Kastello şəhərciyində, şou-biznesdən uzaq bir ailədə dünyaya göz açıb. O, uşaqlıqda hüquqşünas olub əyalətdən canını qurtarmaq arzusunda idi. Arzusunu həyata keçirmək üçün Monika fotomodel kimi pul qazanmağa başladı – bu, onda o qədər uğurlu alındı ki, o, hüquq üzrə oxumaq arzusundan vaz keçib özünü tamamilə şou-biznesə həsr etmək qərarına gəldi.

1988-ci ildə gözəlçə Milana köçür və “Elite Model Management”lə müqavilə imzalayır. Bir ildən sonra o, bu günədək əməkdaşlıq etdiyi “Elle” və “Dolce & Gabbana” kimi tanınmış brendlər üçün kamera qarşısına keçir.

1992-ci ildə isə iddialı qız kinoda ilk uğurunu qazanır - Frensis Kappolanın “Drakula”sında çəkilən Monikaya ard-arda təkliflər və dünya şöhrəti gəlir.

Monika Belluçi haqda sonsuza qədər danışmaq olar və hətta əgər onun soyadını çəkməsək belə, dərhal başa düşülür ki, söhbət məhz hansı Monikadan gedir.
“Qafqazinfo” sizə italyan super ulduzun müxtəlif illərdə çəkilmiş ən yaxşı fotolarını təqdim edir:












Son xəbərlər
Son Xəbərlər