İtən 11 yaşlı Ağamir tapıldı - İnternet klubda

iten-11-yasli-agamir-tapildi
Oxunma sayı: 707

Dünəndən bəri itkin düşən Bakı sakini, 11 yaşlı Ağamir Nəcəfli tapılıb. 

Bu barədə “Qafqazinfo”ya məlumatı uşağın atası Abbas Nəcəfov verib. O, bildirib ki, hazırda uşaq yanındadır. Sən demə, Ağamir bütün gecəni internet klubda keçirib:

“Uşağım dəhşətli dərəcədə kompüter oyunları xəstəsidir. Bütün gün internet klubda oyun oynayıb. Bu gün səhər mənə zəng vuraraq yerini dedi, gedib götürdüm”.

Günel Hacı