İtkin düşən ana və oğlu tapıldı

itkin-dusen-ana-ve-oglu-tapildi
Oxunma sayı: 4551

Tovuzda itkin düşən ana və övladı tapılıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.

Məlumata görə, oktyabr ayının 30-da yaşadığı Aşağı Quşçu kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayan T.A və onun övladı N.Q-nin yeri Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.