İyulda işıq pulu çox gəlib? - “Azərişıq” mətbuat konfransı keçirdi

iyulda-isiq-pulu-cox-gelib
Oxunma sayı: 6061

“Azərişıq” ASC hazırda elektrik sayğaclarının iyul ayı ərzində həddindən artıq hesablama aparması haqda sosial şəbəkələrdə yayılan abonentlərin iddiaları ilə bağlı mətbuat konfransı keçirir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərişıq” rəsmiləri vətəndaşlara artıq məbləğdə pul yazılmasına aydınlıq gətirirlər. “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bəzi avadanlıqların texniki pasportuna baxmırlar:

"Soyuducu, kondisioner, ütü ola bilər. Orada həmin avadanlığın müəyyən temperatur arasında iş rejimi barəsində məlumat var. Sayğacların çox yazması haqqında istənilən iddia ilə bağlı fikir budur ki, onu bizə göstərsinlər. Biz sayğacların göstəricilərini dəyişə, sıfırlaya bilmədiyimiz üçün heç söküntü gedən binalardan çıxan sayğacları istifadə edə bilmirik. Bu da bizim üçün itkidir. Sayğacların onlayn oxunması gündəmdədir, bu, bizim üçün sərfəlidir. Bununla bağlı işlər aparılır. Biz sayğaclara müdaxilə edə bilmirik. Bunu edə bilən şəxslər, mütəxəssislər varsa, onlarla bizi görüşdürün, bunu edib bizə göstərsinlər. Onda biz sayğaclarımızın təhlükəsizliyi üçün əlavə işlər görək".

“Azərişıq” rəsmisi bildirib ki, Avropa ölkələrində istehsal olunan avadanlıqlar istifadə olunan mənzillərdə bu gün deyilən problem aşkarlanmır, amma Şərq ölkələrinin istehsal etdiyi avadanlıqlarda elektrik sərfiyyatında hesablanan pulla bağlı narazılıqlar var. Osman Gündüz bildirib ki, “Azərişıq”ın aldığı sayğaclar da Şərq ölkələrində istehsal olunub.

Araz Məmmədzadə deyib ki, hava 25 dərəcə olanda avadanlığın (misal üçün kondisionerin) sərf etdiyi enerji ilə hava 40 dərəcə olanda sərt etdiyi enerji arasında fərq olur. Havanın istiliyi çox olanda sərfiyyat da çox olur. Bu da evdəki məişət avadanlıqlarının növündən asılıdır.