“Jara”dan əvvəl bir araya gəldilər - Fotolar

jaradan-evvel-bir-araya-geldiler
Oxunma sayı: 4335

Rusiyada “Jara” beynəlxalq musiqi festivalı ərəfəsində “pre-party” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə baş tutan gecədə məşhur simalar - Qriqori Leps, Slava, Anita Tsoy,  Ani Lorak, ELMAN, Yuliya Baranovskaya və başqaları yer alıb.

Şou-biznes nümayəndələri əvvəlcə qırmızı xalça karvanına qoşulub, daha sonra KİV-in suallarını cavablandırıb.

Qeyd edək ki, hər il Bakıda baş tutan musiqi festivalı bu dəfə 23-27 iyun tarixlərində Moskvanın “Lujniki” stadionunda baş tutacaq.