“Los Anceles Qalaksi”nin futbolçusu Olivye Jiru Fransa millisindəki karyerasını başa vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Jiru Fransa millisində 2011-ci ilin noyabrında ABŞ ilə oyunda (1:1) debüt edib. Forvard 13 il ərzində milli komandada 137 oyuna çıxıb, 57 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun millidə son matçı İspaniya ilə AÇ-2024-ün yarımfinal oyunu olub (1:2).