Jurnalistlərə şərt qoydu, cəmi 3 sual...

jurnalistlere-sert-qoydu-cemi-3-sual
Oxunma sayı: 4397

Dünən Türkiyənin məşhur rok ifasıçı Teoman ilk dəfə Azərbaycana gəlib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi “Sevgililər günü”nə özəl olaraq “Elektra Events Hall”un səhnəsində çıxış edib.

Ötən gün günorta saatlarında Bakıya çatan sənətçi əvvəlcədən təyin olunmuş mətbuat konfransına bir saat qalmış jurnalistlərlə görüşdən imtina edib. Bundan əlavə, Teoman 20:00-da səhnəyə çıxması nəzərdə tutulduğu halda iki saat gec pərəstişkarlarının qarşısına çıxıb. 

Sosial şəbəkə istifadəçilərinin yazdığı postlara əsasən, rokçu konsertdən əvvəl KİV-in qarşısına çıxsa da, mətbuat nümayəndələrinə şərt qoyaraq cəmi üç suala cavab verəcəyini qeyd edib.