Kadırov azərbaycanlı döyüşçüyə maşın hədiyyə etdi

kadirov-azerbaycanli-doyuscuye-masin-hediyye-etdi
Oxunma sayı: 9278

Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, gecədə “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş, Avstraliyanı təmsil edən Polşa əsilli Pol Slovinskiyə qalib gəlib.

Z.Səmədovu qələbə münasibəti ilə Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib. O, azərbaycanlı döyüşçüyə “Mercedes S-class” markalı avtomobil həddiyə edib. Bu barədə Zabit Səmədov “İnstagram” hesabında məlumat verib.

Qeyd edək ki, çeçen lideri də Z. Səmədovu, onu Azərbaycanda dəstəkləyənləri öz “İnstagram” hesabında təbrik edib.