“Kafir erməni” – IV hissə

kafir-ermeni-iv-hisse
Oxunma sayı: 1794

Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı Soyqırımı” kitabı nəşr edilib. “Qafqazinfo” mövzunun aktuallığını, hadisələrə yanaşma tərzinin fərqliliyini nəzərə alaraq kitabın növbəti hissəsini oxuculara təqdim edir:

Əvvəli BURADA


AEROZOL İÇƏN QADIN
Mən istəməm yaşamaq, hər ümidim oldu təbah,
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!..
H. CAVİD

Ümidlər qılınclanıb doğranırsa. Yaşamaq mümkünmü? Şirin ürək arzuları ağu pərdəsi-nə bürünüb acıya, zəhərə dönürsə, necə dözməli? Göylərin intəhasızlığından üstünə hər zaman dərd yağırsa nə etməli? Ucalara yenicə pərvazlanan könül quşunun qanadları yarıda qırılırsa, bağrına düşmən neştəri sancılırsa ahu-fəğan etməməlimi? Zalım insanların zülmündən, qəlb evinə atdığı tikanlı oxlardan hıçqırtı ilə ağlamamalımı?

Ağlamalı, ağlamalısan bacım bu zülmü sitəmə! Göz yaşlarını sellər, sular kimi axıdıb qan gölməçələrinə dön-müş torpağımıza axıtmalısan. Elə yanıqlı nalələr çəkməli-sən ki, ağrısından yer-göy silkələnsin! Haqsızlığın, kö-məksizliyin üstünə yağdırdığı fəlakətləri qoy hamı görsün! Görsünlər ki, dörd balan, dörd ümidin, dörd gül cocuğun bir qaranlıq küncə çəkilib o faciəli günün ağrısında inildə-yir! Ata həsrəti ilə bu dörd cocuq yanıb-yanıb külə dönür!

Üz-üzə oturmuşuq. Əvvəl çətinlik çəkirsən, o ağrılı günü xatırlamaq istəmirsən. Əlbəttə ki, asan deyil o fevral gecəsinin dəhşətinə qayıtmaq! O gün ömrünə qara matəm ki, yas kimi çöküb! Səni bu dərdli görkəmdə, qara libasda görmək istəməzdim, türk bacım! Bu pərişan halına baxdıqca, zalım, səni bu dərdə salan baisə nifrətlər yağdırıram!

Hələ sən çıxıb gedəndən sonra acı taleyinlə bağlı həqiqətləri biləndə hansı sarsıntıları keçirəcəyəm! Biləcəyəm ki, bayaq danışdığın o faciə ömür taleyinin yalnız bir parçasıymış.

Söhbət edirəm səninlə, acı taleyini dinləyirəm. Qəfil-dən bu sözləri deyirsən: "31 yaşımda qalmışam dörd uşaqla tək-tənha". Bu sözdən necə sarsıldığımı indi deyə bilmirəm. 31 yaşda saçların necə də ağarıb sənin! 31 yaşda saçın belə ağarmağını ilk dəfə görürdüm! O dəhşətli, o faciəli gündən sonra bu hala düşmüsən! İnsanın saçı dərdin çoxluğundan, fikrin ağırlığından, sarsıntının böyüklüyün-dən beləcə ağarır!

İndi çətin də olsa danış o faciəni bacım!

Hənifəyeva Roza. 31 yaşında. - Gecə ermənilər hücum edəndə qəfildən qaçaqaç düşdü. Hamımız qorxu içində çıxdıq evdən. Gördük ki, hamı baş götürüb qaçır. Biz də qoşulduq onlara. Evimizdən heç nə götürə bilmədik. Qara-qayaya təzəcə çatanda ermənilər üstümüzə qumbara atdı-lar. Yoldaşım yeddi yerdən yaralandı və orda da keçindi. Partlayışdan qaynımın oğlunun qolu kəsildi. Onu da ermənilər öldürdü. 22 yaşı vardı bədbaxtın. Qaynım arvadını da öldürdülər. Yanımızda olanlardan da çoxu öldürüldü? Qorxudan qaçıb kolun dibində gizləndim. Bir müddət qaldım orda. Sonra gəlib çıxdım Ağdama. Dörd uşağım atasız qalıb. Böyük uşağımın 10 yaşı, kiçiyinin isə 5 yaşı var...

Roza bacı bu ağır dərdi danışıb gözlərini yerə dikir. Su-sur eləcə. Mən də həyəcan içindəyəm və başqa sual verə bilmirəm. Matəm libaslı bu yazıq qadın xudahafizləşib gedir.

O gedən kimi otaqda oturan tibb bacıları İmanova Səfayə və Əminova Aytəkin deyir: Bax, bu qadın yol-daşının ölümünə dözə bilmirdi. Bir dəfə aerozol içmişdi. Çətinliklə sağaltdılar.

Roza xanım heç şübhəsiz ki, sevimli həyat yoldaşına sədaqətini, əbədi sevgisini bildirmişdi. Sübut etmişdi ki, lap ucalıqlarda, insanın bütün istəklərinin fövqündə da-yanan bir qüvvət var: sevgi, sədaqət, vəfa! Roza xanım 31 yaşına qədərki ömrünü sevib yaşayıb. 4 övlad gətirib dün-yaya. Və özünə qəsd etməyi ilə çoxlarının anlayıb qavra-madığı bir həqiqətlə yaşayıb: İnsan sevib yaşamalıdır! İn-san sevib ailə qurmalıdır! Sevgisiz, məhəbbətsiz ailənin sonu heçdir. Elə bu sevginin, məhəbbətin böyüklüyü Roza xanımı ümidsiz, sonsuz etməyib: dörd övlad bəxş edib ona. Dörd ümid, dörd dayaq verib ona! İndi saralıb solmuş ömür bağçasında dörd yaraşıqlı gül bitirib!

Roza xanım! Dərd ağır da olsa dözüb dayanın. Dörd balanın, dörd ciyərparanın kiməsizlik, yetimlik toruna düşməməyi naminə yaşayın, özünüzə daha qəsd etməyin. Üstünüzə çökmüş ağır qəm yükünü bir kənara atıb kişi qey-rəti ilə, türk qadınına məxsus olan bir namus və cəsarətlə övladlarınıza həyan olun! Ömür- gün yoldaşınızın vaxtsız ölümünə alovlanıb yansanız da bu dərdə dözün, tab gətirin! Dörd gül balanızın xatirinə dözün! Əgər onları böyütsəniz, boya-başa yetirsəniz mərhum həyat yoldaşınızın ruhu da şad olacaq! Onun ruhu həmişə sizinlədir. Həmişə yanınız-da, lap yaxınlığınızda gəzib dolaşır. Pak və təmiz adamla-rın, günahsız insanların, nahaqdan qətlə yetirilənlərin ruhu ölmür ki, yaşayır. O ruhu incitməməkdən, sıxıntılar içində qoymamaqdan ötrü həyatınıza qəsd etməyin. Bütün gücü-nüzü toplayıb namus və qeyrətinizlə, mərhum həyat yol-daşınızla məhəbbətinizlə o dörd balanızı böyüdün!

Dünya yaxşı insanlardan xali deyil. Xeyirxah adamlar tapılacaq ki, uşaqlarınızın təhsilinə, oxumağına köməklik edəcək, əl tutacaq!

Siz özünüzü qoruyun, yaşayın və Nahidəni, Fərqanəni, Dilbəri, Salmanı böyüdün!

"ATAMI DİRİ-DİRİ YANDIRDILAR"

Qopuyor hər tərəfdə min fəryad,
Seyr edin iştə hər tərəf bərbad.
Kürreyi-ərzi qaplamış həyəcan,
Verilir hər dəqiqə min qurban.
H. CAVİD.

Hər tərəfində min fəryad qopan o faciəli gündə sənin gördüyün dəhşət daha böyük idi! Bu elə bir dərd dağıdır ki, yüz illərin seli, suyu axıb gəlsə də yuyub apara bilməz. Zalımın, kafirin, erməninin kirli dırnaqları sənin gözün önündə günahsız adamları didib-parçalayır, al qanına qərq edirdi. Sən qəribə təəccüb içərisində dayanıb insan qanı içənlərə baxırdın. Və inana bilmirdin ki, yer üzünün belə insafsız, qatil, mərhəmət andından uzaqda dayananları var. Xeyr, bunları bilmirdin. Bu acı həqiqətlərdən xəbərsiz idin. Sənin uşaq dünyandakı paklıq, məsumluq və təmizlik bu ləkəni götürməmişdi. Və indi gözün önündə günahsız yurd-daşlarının qızıl qanı axıdılıb gölməçələrə döndükcə sanki qorxunc bir yuxu görürdün. Çırpınırdın, solub ölgün-ləşirdin bu dəli və qanlı röya buludunda. İçin- için ağlayıb o uşaq dünyandakı təsəvvürün, təmizliyin çirklənib bu-landığına təəssüflər edirdin. Amma insanlarda rəhmdilliyin tam əriyib getdiyinə inanmadığına görə bir təəccüblü, bir cəsarət dolu hərəkət etdin. Sevimli atanı öldürmək istəyən ermənilərin yerə atılıb ayağını qucaqladın, fəryad qopardın: öldürməyin, öldürməyin atamı! Öldürməyin, buraxın onu! Belə dedin, belə yalvardın ermənilərə sən! Düşündün ki, sənin o yalvarış və ürəkparçalayan səsin dağı-daşı dəlib keçirsə, bu insafsızları da rəhmə gətirəcək. Amma səni heç kim eşitmədi. Sənin yanıqlı nalələrinə heç kəs cavab vermədi. İnildəyən, halına yanan yenə doğma atan oldu. Məftillə ağaca sarınmış atan öz dərdini unudub sənin halına yandı. Özünün şeytanların əlindən sağ çıxacağına inamını itirmişdi. Bircə səndən nigaran idi.

Hə, məsum qızcığaz! Yadındamı sonra nələr oldu? Dağı-daşı dəlib keçən yalvarışın qarşısında kafir ermənilər səni götürüb kənara atdılar və istehza ilə başladılar gülmə-yə. Yerə döşənmiş halda qorxulu sifətli canlılara baxırdın. Birdən canlılar hərəkətə gəlib məftillə ağaca sarınmış atana yanaşdılar. Onlardan biri qabdakı benzini atanın ayaq-larına tökdü. Qəfildən hadisənin nə yerdə olduğunu anladın. Yerdən sıçrayıb dəli bir qüvvə ilə özünü atanın üstünə atdın. Onu əllərinlə qucaqlayıb qorumaq istədin. Ürəkparçalayan bir səslə dedin: "Dəyməyin, dəyməyin atama! Buraxın onu!". Yenə səni heç kim eşitmədi. Xain və xalım əllər bu dəfə səni daha uzağa tulladı. Yerə döşənmiş halda əzilən bədəninin əzabına bürünmüş vəziyyətdə nigarançılıqla atana baxdın. Ermənilər ayaqlarına benzin tökülmüş atanı yandırdılar. Yandırmazdan qabaq atana dedilər: "Ucadan de ki, bu torpaq ermənilərindir!" Atan qətiyyətlə dedi: "Yox, bura bizim topaqdır!".

Atanı yandırdılar. Əvvəl ayaqlarını yandırdılar. Atan dözə bilmədi. Məftilə sarınmış bədəni bir neçə dəfə çırpınıb, çırpınıb dayandı. Başı çiyninə düşdü. Sonra ermənilər benzin töküb atanı bütöv yandırdılar. Artıq atan yox idi. Sarınmış məftildə onun meyidi görünürdü. Sən hıçqıra-hıçqıra bu dəhşətli hadisəyə baxırdın. Sənin göz yaşların axırdı. Ata həsrətli acı göz yaşları. Amma ermənilərin üzü gülürdü, təbəssümlü idilər. Elə o xoş təbəssümlə sənə yaxınlaşıb dedilər: "İndi çıx get, indi gedə bilərsən! Səni öldürmürük!" Sən yazıq bir halda sakitcə ayağa qalxdın. Son dəfə bayaq atan bağlanan ağaca baxdın. Sevimli atan yox idi artıq.

Onun qaralmış, qorxulu görkəmə düşmüş meyidi görünürdü. İçini acı neştər doğraya-doğraya dönüb bir də təbəssümlə gülümsünən ermənilərə baxdın. Hər çeyi başa düşdün. Hər şey sənə bəlli idi. Ermənilərin niyə təbəssüm içində olduğunu da anladın. Ermənilər türk atanı, mərd Təvəkkülü öldürdüyünə görə sevinirdilər.
Amma bilirsənmi ermənilər niyə ğldürmədi səni? Əs-lində onlar ölüm dağını vurmuşdular sənə. Və indi səni azad buraxırdılar ki, ğlüm oxu bütün ömrün boyu qəlbinə sancılıb incitsin səni. Daim əzab içində qovrulasan. Atanın o zillətli ölümü ilə fəlakətlər burulğanında boğulasan!

Sən ölüm zəhərini içmiş halda ağır addımlarla gedir-din. Arxadan isə üzü təbəssümlü, içərisi nəşəli, əqidəsi türk qanına həris olan ermənilər baxırdı. Sevinirdi, gülürdü ermənilər!

Amma dərdin, fəlakətin bununla da bitmədi qızcığaz! Doğma bacını Xocalıda öldürmüşdülər. Əziz atanı meşədə ağaca bağlayıb yandırmışdılar. İndi də sevimli ananın ölümünü görəcəkdin. Ata həsrətli, bacı yanğılı qəlbinə yeganə həyan olacaq adam anan ola bilərdi. Amma Allah ananı da çox gördü sənə. Vaxtsız, vədəsiz ana nə-vazişindən ayrı düşdün.

Atanın meyidindən ayrılıb yolda ana və bacınla, balaca qardaşınla, həmyerlilərinlə qarşılaşdın. Anan da, nənən də, hamı sənin sağ gəlib çıxmağına sevindilər. Qorxu içində, şaxtanın, qarın soyuğunda yol getdiniz. Yağı düşmən isə hər yanda dolu idi. Vəba xəstəliyi kimi daraşmışdılar hər yana. Qəfildən güllə səsləri eşidildi. Hər tərəfdən adamların başına od yağırdı. Yazıq və köməksiz insanlar ot kimi biçilib yerə sərilirdi. Sevimli anan qabaqda gedirdi. Bacın Nigarı qucağına almışdı. Körpə qardaşın Vüsalı da Əntiqə nənən kürəyinə şəlləmişdi. Ölənlər ölür, qalanlar hara gəldi qaçırdılar. Qarşıda bir xəndək vardı. Qaçıb o xəndəyə girdiniz ki, ölüm alovundan xilas olasınız. Sən demə amansız ölüm elə xəndəkdə pusqu qurub gözləyirmiş. Xəndəyə girən kimi düşmən gülləsi ananı haqladı. Güllə beynini deşib keçmişdi. Anan yerindəcə qaldı. Balaca Nigar qucağından düşüb yerdə çabaladı. Nənən Əntiqə üzünü cırıb özünü al qana qərq etdi. Sən isə için-için ağlaya-ağlaya bu gün şahidi olduğun ikinci dəhşətli ölümə baxırdın. Baş verən dəhşətlər sənə qara yuxu kimi gəlirdi. Sanki uzaq, çox bir uzaq dünyaya köçmüşdün. Hər şey duman və qaranlıq içində görünürdü sənə.

Düşmən gülləsi sakitləşən kimi sevimli ananın meyidi ilə vidalaşıb yola düzəldiniz. Ayrılanda Əntiqə nənən bərk ağ-layırdı, çox bərk. Nənən sevimli və istəkli qızını itirmişdi. Yəni sənin ananı itirmişdi. Yazıq bir görkəmdə sən də vidalaşdın ananla. Bu ikinci belə "vidalaşman" idi. Bayaq atan-dan ayrılmışdın, indi də anandan uzaqlaşırdın. Amma ina-nıtdın ki, nə zamansa yenə öz doğmalarına qovuşacaq, onlarla görüşəcəksən? Hə, qızcığaz, bu inamın səni tərk etmirdi, səndən ayrılmırdı. Elə indinin özündə də səni yaşadan, ruh verib hala, hərəkətə gətirən o inam deyilmi? Hə?

...Pirşağıda, "Qızılqum" sanatoriyasında sizinlə söhbət edirəm. Nənən Əntiqə yaşayışın çətinliyindən gileylənir. Sonra deyir ki, qorxuram başıma bir iş gələ, bu yazıqlar kimsəsiz qalalar. Nənən Əntiqənin gözündə tez-tez yaş gilələnir. Yeznəsinin faciəsi, qızının, nəvəsinin ölümünü necə unutsun zavallı nənən. Sizinlə söhbət edirəm. Gül kimi gözəl-göyçək uşaqlarsınız. Ağrınız isə böyükdür, böyük. Bu vaxt balaca qardaşın, istəkli Vüsal əllərini oynadır. Şirin-şirin gülümsünür. Səkkiz aylıq qardaşın həyatın, yaşayışın çox istiliyindən məhrum olub. Atasız, anasız həyatın ona heç bir xoşluğu olmayacaq. Amma balaca qardaşınızı qorumalı, yaşatmalısınız. O hamımızın ümidi, işıqlı sabahıdır. Xalqımızın taleyi, gələcəyi elə vüsalların əlində olmayacaqmı? Vüsal əziz atanın ye-rində qalan ümid ağacıdır. Görürsənmi, Allah da ocağınızı boş qoymadı. Vüsalı sizə bəxş etdi ki, eviniz kişisiz olmasın. Ocağınız sönməsin. Alovlanıb yansın. Vüsalı atan, anan dörd qız-dan sonra tapmışdı. Özü də nəzir-niyazla. O gözəgörünməz dua ilə, yalvarışla. Qoruyun Vüsalı, saxlayın onu.

İndi gəl səninlə də vidalaşaq Xəzəngül! Sən bu on illik ömründə çox məşəqqətlər görmüsən, çox ağrılar çəkmisən. Amma dözümlü ol! Dərdin qabağında sarsılma! Nənənə kö-mək et, qardaşını, bacını sev, əzizlə!

ATA ÖVLADINI GÖRMƏDİ

Cocuqlar ağlayırdı, gözləri boranlı durmuşdu,
Qadınlar ağlayırdı, dilləri əfğanlı durmuşdu...
M. HADİ.

Cocuqlar ağlayırdı! Cocuqlar göz yaşı tökürdü! Cocuqlar dünyanın qovğalarından, zülm və sitəmlərindən xəbərsiz idi. Cocuqlar bilmirdi ki, bəşər simasına hər gün zillətlər, səfalətlər qonur, qəm, kədər, məlalət insanın nəsibinə çevrilir. İnsanların gözü yağmurlu, yaşlı, baxışları qəm kölgəsinə bürünür. Bütün səadət qapıları hirslə, qəzəblə insanların üzünə çırpılır. Şeytanlar, iblislər amansız hökmləriylə ədavətlər doğurub, qanlar axıdıb bəşər övladını səfalətlərə sürükləyir! Co-cuqlar dünyaya gəlirdi atasız, ata üzü görmədən.

Ata üzü görməyən cocuqları qeyrətli qızlarımız bağ-rına basıb həyat işığına bürüyür. Mərdlik, qeyrətlilik, Hə-cərlik nümayiş etdirirdi. Dünyanın bəlkə də ən böyük fa-ciəsi övladın ata üzünü görməməsidir. Elə uşaqlara hansı şəraitdə böyüməyindən asılı olmayaraq bir söz deyilir: qəlbi sınıq! O xoşbəxtlik içində yaşayıb ömür keçirsə də atasızlıq ağrısı həmişə simasında dolaşıb pərişanlıq gətirir ona. Bu övladın, uşağın çəkdiyi ağrılardır. Bəs ana hansı məhrumiyyətlərə düçar olur? Bəs ana hansı qəm atəşində alovlanıb yanır? Dünyaya gətirəcəyi körpəsi atasız qalan ana necə mərd olmalı, dözümlü olmalı, sarsıntılarını gizlətməlidir ki, bətnindəki körpəsinə xətər yetməsin? Bu qeyrəti, hünəri hər qadın bacararmı?

...Xəbəri eşidəndə qəfildən sarsılıram. Ehtiyatla, qor-xa-qorxa qarşımda dayanan qadına baxıram. Və düşünü-rəm ki, əzablardan qovrulacaq, hönkür-hönkür ağlayacaq bu qadın... Amma o sakitcə dayanıb tövrünü də pozmadan baxır. Qəribə mərdanəlik, hünər, qeyrət görürəm onun ba-xışlarında. Əvvəl təəccüblənirəm, qadının o böyük dərdə dözüb dayana bilməyinə. Sonra hər çey aydın olur mənə. Bilirəm ki, qadın ata üzü görmədən dünyaya gələn körpə-sini yaşatmaqdan ötrü özünü belə sındırmır, üzüntülü hala salmır. Qadın qəribə inamla, hünərlə içəri ağrılarını boğub sıxır, üzə çıxmağa qoymur. Onun ğmrünə onsuz da iti balta çalınıb. Ömür bağçasındakı gülləri vaxtsız-vədəsiz solub, saralıb. Arzuları çiliklənib sınıq-sınıq olub. Bir də pərvaz-lanacaq, qanad açacaqmı o arzular? Bu mümkünmü yəni? Yox, qadın bütün həqiqətləri bilir. Ömründən ötən sevgili, məhəbbətli günlərin bir də geri qayıtmayacağına inanır. O günlər xoş xatirəyə dönüb ömür bağçasından bir röya kimi uçub getmişdi. Qadın bunların hamısını bilir, yaxşı bilir.

Ömür-gün yoldaşı Habilin adını isə dodağı titrəyə-titrəyə çəkir. Habil doğma torpağı Xocalını qoru-yanda düşmən gülləsinə hədəf oldu. Doğma yurduna on-da erməni ayağı dəyməmişdi. Və Habil də o murdarların bu torpağa girməməyindən ötrü igid eloğluları ilə yurdunun keşiyini çəkirdi. Gecəli-gündüzlü gedib postlarda dayanır-dı. Amma bir gün düşmən aman vermədi. Onda yoldaşı hamilə idi, uşaq gözləyirdi. Övlad üzü görmədi Habil. Həyat yoldaşı Adilə isə dözüb dayandı bu ağır dərdə. Onun yurdunu boş qoymadı. Elə bil Allahın da ürəyi yandı bu cavan ailəyə. Bir oğlu oldu Habilin. İndi Adilə xanım bö-yük məhəbbətlə öz ağrılarını unudub övladını böyüdür.

Həmin o faciədə Adilə xanımın həyat yoldaşı mərhum Habilin qohumlarının başına böyük müsibətlər gəldi. Ermənilər Xocalıya hücum edəndə Habilin qoca nənəsi çox yaşlı olduğundan qaça bilməyib. Qalıb Xocalıda. (Şübhəsiz ki, qəddar ermənilər köməksiz qarını çoxdan qətlə yetirib-lər). Habilin 23 yaşlı qardaşı Mobili isə ermənilər girov götürüb. İki ay əvvəl Əsgəranda görən olub. Sonradan heç bir xəbər alınmayıb. Başqa qardaşı Etibarı isə ermənilər öldürüb. Etibarın bir uşağı vardı o dünyadan köçəndə. İkinci övladı isə onun ölümündən sonra dünyaya gəldi. Etibarın həyat yoldaşından bir müddət onun ölüm xəbərini gizlətdilər. Demək istəmədilər. Çünki qadın uşaq gözləyir-di. Uşaq olandan sonra hadisəni danışdılar. Qadın acı göz yaşları tökdü.

Beləcə, Abışovlar ailəsində ikinci övlad da ata üzünü görmədən dünyaya göz açdı.

...Hə, Adilə xanım, siizn də, qaynınızın da yoldaşının da taleyi gülmədi. Ömrünüzün çiçəklənən zamanında bəx-tiniz qara geyindi. Bu fələyin hökmüdür, amansız, zalım hökmüdür. Amma dözüb dayanın bu ağır dərdə. O atasız körpələri böyüdüb ərsəyə çatdırın! Allah bu şərəfli və savab işdə sizə kömək olsun!

ATASIZ, ANASIZ ƏDALƏT


O titrəşib-mələşən yavrular neçin çabalar!
H. CAVİD

Atasızlıq odunda, anasızlıq alovunda qovru-lub yanan övladlar necə tərpəşib çabalama-sın? Atanın, ananın faciəli ölümü necə yan-dırmasın onları? İnsana atadan, anadan da yaxın, doğma olan, bir qüvvət və güc verəcək kimsə varmı?

Böyüklər dünyanın ağrılarını duyub anlayanlar sonsuz bir dərdə mübtəla olublar. Tutduqları faciənin böyüklüyü-nü, sağalmazlığını yaxşı anlayırlar.

Uşaqlar isə hələ çox həqiqətlərdən xəbərsizdir. Böyü-dükcə, yaşa dolduqca o qanlı hadisəni daha dərinliyi ilə duyacaqlar. Atanın, ananın ölüm dağı içərilərini göynətsə də, hələ tam dərk edə bilmirlər fevral faciəsini, ata-ana it-kinliyini. Hiss edirlər ki, o xoş təbəssümlü, o isti nəfəsli adamlar daha yoxdur. Şirin nəvazişlər də eşidilmir, gündə min kərə səslənən "qurban olum" kəlmələri də qırılıb itib-dir. İstəkli doğmalarının nə zamansa qayıdacağına olan inamlarını itirmir onlar.

Hə, oğlan, neçə gündür ki, səni soraqlayıram. Neçə müddətdir ki, səninlə görüşməyə can atıram. Hər dəfə gəlib qapını döyəndə qohumların eyni sözü deyir: ya gəlib get-misən, ya da sabah gələcəksən.

Axır ki, görüşürəm səninlə. Bu görüş məndən ötrü necə ağır olsa da istəyirəm ki, bütün o faciələri, gözünlə gördüyün o dəhşətləri sənin öz dilindən eşidim. İndi sakitcə oturub fikrə getmisən, lap o yaşlı adamlar kimi başını əllə-rinin arasına almısan. Nə fikirləşirsən Ədalət? Yoxsa bu səkkiz illik ömründə sənə minbir işgəncə və zülm gətirən zalım həyat haqqında düşünürsən? Axı sənin dərd çəkən vaxtındırmı? Sən indi deməli, gülməli, səkkiz yaşlı uşaq-ların minbir oyununun sirli-sehirli aləmində yaşamalısan. Ana nəvazişi ilə isinməli, ata nəfəsi ilə qanadlanmalısan. Yox, yox, Ədalət, sənin dərd çəkən vaxtın deyil!

Amma zalım fələk vaxtsız, vədəsiz təbəssümlü uşaq oyunlarını kədərə boyadı. Qəm dənizində boğuldu çiçək arzuların. Atadan, anadan, doğma qardaşdan məhrum ol-dun.

...O qanlı hadisədə ermənilər Xocalıya hücum edəndə süfrə arxasında çörək yeyirdiniz. Amma yeməyiniz yarım-çıq qaldı. Bu Xocalıda sonuncu şam yeməyiniz oldu. Evi-niz aeroport tərəfdə olduğundan da təhlükəni daha dəhşəti ilə görürdünüz. Hazırlıq görmədən, isti paltar geyinmədən çölə qaçdınız. Gecənin qaranlığında göydən ələnən soyuq qarın altında baş götürüb naməlum istiqamətə qaçırdınız. Yolda ölüb qalanları, güllə yarasından soyuq torpağın üstündə çırpınanları görürdün. Hamı vahimə və dəhşət içində qışqırırdı. Yüzə qədər adamla gəlib meşəyə çıxdınız. Hara gedəcəyinizi isə bilmirdiniz. Meşənin soyuq qarı ilə dolanırdınız. Sən isə ayaqyalın idi. Evdən çıxanda ayaq-qabılarını da geyə bilməmişdin. Ona görə pal-paltarla ayaqlarını sarıyırdın. Üç gün meşədə qaldığınız müddətdə acı-acı düşünürdün: niyə bizi gəlib xilas etmirlər? Niyə bizimkilər arxamızca gəlmir? Niyə erməniləri qovmurlar? Axı hər tərəf erməni ilə doludur. Əgər bizimkilər gəlib döyüşsə, ermənilərin başı qarışar, biz də sağ-salamat mühasirədən çıxarıq.

Eh, düşünürdün oğlan, düşünürdün. Sənin düşündük-lərin ilə sonradan öyrənib biləcəyin faktlar arasında dərin, dibi görünməyən bir uçurum var. "Bizimkilər" minlərlə sənin kimisinin faciəsi üzərində təhlükəli oyun aparırdılar. Ortalıqda qalıb əzilən, bəlalara düçar olan sənin kimi tale-sizlər idi, oğlan.

...O qarlı meşədə olduğunuz zaman xain ermənilər hər yandan atəş açdılar. Yanındakı adamlardan onlarca günah-sızı həlak oldu. O qanlı güllələr sevimli ananı, mehriban atanı, əziz qardaşını qətlə yetirdi. Sən qorxub al qan içində çırpınan doğma adamlarının arasında gizləndin. Özünü itirmişdin dəhşətdən. Hərdən qorxa- qorxa soyuq qar üstündə halsız, hərəkətsiz düşüb qalmış əzizlərinə ba-xırdın. İmkan axtarırdın ki, bu fəlakətli yerdən qaçıb uzaq-laşasan. Heç olmasa qohumlarına xəbər verəsən ki, gəlib doğmalarının meyidlərini aparsınlar.

Sənin yalnız quruca gözlərin baxırdı, oğlan! Qalan bü-tün hissin, düşüncən ölüb donuqlaşmışdı. Ermənilər çıxıb gedəndən sonra kolun-kosun dibində gizlənib sağ qalan adamlarla Ağdama gəldin. Yolda isə onlarla yəmyerliləri-nin meyidini gördün. Qonşuların Əli kişinin, Mürşüd kişi-nin, Ema xalanın meyidi də o soyuq meşədə qaldı. Ağdamda isə xalan soraqlayıb səni tapdı. Atanın, ananın, qar-daşının meyidlərinin harda qaldığını söylədin onlara. İki gündən sonra gedib meyidləri gətirdilər.

Bir gün isə qohumların səni də götürüb Bərdənin "Yeni həyat" kolxozu qəbiristanlığına apardılar. Ora sənin üçün müqəddəs səcdəgaha çevrilmişdi artıq. Orada doğmaların, sevimli adamların uyuyurdu. Atan, anan, qardaşın - hər üçü soyuq məzarıstanlıqda yanaşı basdırılmışdı. Solğun məzarları görəndə özünü saxlaya bilmədin. Soyuq qəbirlərə atılıb acı-acı ağladın. O yer, o məzarıstanlıq bundan sonra yaşayacağın ömürdə həmişə səni səsləyəcək, özünə çəkəcək. Çünki orda sevimli və doğma adamların uyuyur.

Hə, Ədalət, sarsıntıların, başına gələn faciələr ölçül-məzdir. Dərdinə sakit qulaq asa bilmirəm. Əlimdə qələm titrəyir, sinəmdə ürək parçalanır. Gözümdə yaş gilələnir. Sən indi mənə ən doğma və qanı bir qardaş kimisən! Səni özümə nə qədər yaxın, əziz bir adam sayıram. Və bacardı-ğım hər şeyi edib sənin yaralarına az da olsa məlhəm qoy-mağa çalışacam. Biz yenə görüşəcəyik səninlə, Ədalət!

QARAXANIN ATA-ANA DƏRDİ

Xocalı faciəsində ata-anadan məhrum olanlar onlarca-dır. Atasızlıq, anasızlıq dərdi çox xocalını ağır dərd içində saxlayır. Belə adamlardan biri 32 yaşlı Əliyev Qaraxandır. Qaraxan deyir: - Gecə ermənilər Xocalıya hücum edəndə biz postda idik. Gecə saat 11-də artıq Xocalıdan çıxmağa məcbur olduq. Hər yandan od-alov yağırdı başımıza.

Camaat baş götürüb hara gəldi qaçırdı. Yolda çoxlu meyid vardı. İki gün qaldıq meşədə. Yalnız qar yeyib dolanırdıq. Sonra meşədən çıxdıq ki, Ağdama gedək. Naxçıvanik yolunda ermənilər bizi gülləyə tutdular. Atam da, anam da orda həlak oldular. Minbir çətinliklə gəlib Şelliyə çatdıq. Sonradan gedib hər ikisinin meyidini gətirib Ağdamda dəfn etdik.

ELBRUSU ATA-ANA DAĞI YANDIRIR


Elbrus Əliyevlə Naftalanda görüşürük. Naftalana xocalıları soraqlayıb gəlmişəm. Eşitmişəm zavallı xocalı-ların bir dəstəsi də burda sığınacaq tapıb. Sanatoriyanın həyətinə girən kimi çoxlu uşaq görürəm. Bunlar qaçqın uşaqlarıdır. Qaçqın uşaqlar hər şeyi unudubmuş kimi qaçır, oynayır, qışqırışırdılar.
Elbrus Əliyev astadan, ağır bir tərzdə o qanlı hadisəni xatırlayır: - Milli orduda bölmə komandiri idim. Doğma Xocalının keşiyini çəkirdik. Özüm Noragüldə 2-ci postda dayanırdım. Bizdən 200 metr aralıda isə 1-ci post qoyul-muşdu. O günə kimi ermənilər tərəfdən böyük təhlükə olacağı hiss olunurdu. Amma yuxarıdan bizə heç bir kö-mək gəlmirdi. Özümüz bütün imkanlarımızdan istifadə edib postlarda qeyrətlə dayanırdıq. Həmin gün, yəni fevra-lın 25-də Ağdamdan məlumat almışdıq ki, saat 5-də bi-zimkilər hücuma başlamalıdırlar. Biz də səbirsizliklə hü-cumun başlanmağını gözləyirdik. Amma Ağdamdan səs-soraq çıxmırdı ki, çıxmırdı. Axşamüstü Noragüldən bizimkilər ratsiya ilə daha bir xəbər göndərdilər: İki "qır-xayaq" göndəririk. (Ratsiyada ermənilər başa düşməsin deyə gizli parollarla danışırdıq: "BTR"-ə "qırxayaq" de-yirdik, avtomat atanda "yağış yağır", minomyot və toplarla atanda isə "dolu yağır" deyirdik). Az keçməmiş gördük ki, BTR-in biri gəlib durdu 1-ci postun yanında. Təəccüblən-dik ki, bəs ikincisi niyə yoxdur? Nədənsə şübhələndik. Ürəyimizə damdı ki, bu yəqin ermənilərindir. Amma BTR-i nə ilə vuracaqdıq? Olan silahımız yalnız avtomat idi. Artıq ermənilərin ağır texnikası gəlib bütün əlve-rişli mövqeləri tuturdular. Mövqelərdə tam bərkiyəndən sonra üç ocaq qaladılar. Ocaq alovlanan kimi Stepanakert tərəfdən dəhşətli səs qopdu: ermənilər gülləni üstümüzə ya-ğış kimi yağdırmağa başladılar. (Sonradan başa düşdük ki, ermənilərin qaladığı ocaqlar öz adamların abir işarə imiş ki, onların dayandığı yerə atmasınlar. Çünki onlar bizdən çox da uzaqda dayanmamışdılar). Elə bir vəziyyət yaran-mışdı ki, tərpənmək, hərəkət etmək olmurdu. Çətinliklə, böyük əziyyətlə çəkildik yaşayış yerlərinə. Az keçməmiş gördük ki, aeroprt tərəfədəki evlər yanır. Adamlar baş götürüb hara gəldi qaçırdılar. Yolda onlarca adamın meyidi vardı. Gecə saat üçə on dəqiqə işləyəndə biz də Xocalıdan çıxdıq. Şelli istiqamətində getməyə başladıq. Bu vaxt ara-xamızca gələn ermənilər BTR-lərin projektorlarını adam-ların üstünə salıb qırırdılar. Telman adlı bir həmyerlim vardı. Ailəsi ilə qaçıb kolun dibində gizlənmişdi. Ermə-nilərin piyadaların döyüş maşını ilə necə güllə atdılarsa, kolun dibində gizlənən bütün ailəni parça-parça etdi.

Ailədən yalnız bir qız təsadüfən sağ qalıb. Biz hamımız kolun dibində gizlənmişdik. Bir böyük kol vardı. Gör nə qədər adam yığışmışdı ora: 18 qadın, 5 uşaq, 6 kişi. 29 adam girmişdi böyürtkən kolunun içinə. Kişilər yenə dözüb dayanırdılar. Qadınların və uşaqların halı lap dözülməz idi. Körpələr isə çığırıb ağlayırdılar. Bu həddindən artıq qorxulu idi. Ermənilər hər an uşağın səsini eşidib gəlib bizi qırardılar. Qadınların çoxu uşaqları üzüqoyulu qarın üstünə qoyurdular ki, ağlamasınlar. Yanımızda bir qadının üç ay-lıq uşağı vardı. Uşaq ağlayır, sakitləşmək bilmirdi. O biri qadınlar deyindilər ki, bəs bu uşaq bizi ermənilərə qırdı-racaq. Qadın dözə bilmədi. Doğma balasını boğub qoydu qarın üstünə. Hamı sakit halda boğulmuş uşağa baxırdı. Uşağın ölümünə anası da, o biri qadınlar da təəssüflənir, acıyırdılar. Və heç kim öz doğma övladının qatilinə çev-rilmiş ananı günahlandırmırdı. Vəziyyətin ağırlığını yaxşı başa düşürdülər. Birdən elə bil ki, möcüzə baş verdi. Qarın üstündəki boğulmuş uşaq çırpınıb cana gəldi və yenə ağla-mağa başladı. Adamlar uşağın sağ qalmağına çox sevin-dilər. Amma hamısı dedi ki, daha uşağa dəymə. Qadın başladı uşağın ağzına tüpürməyə ki, ağlamağını kəssin. Düz saat 7-yə kimi qadın uşağın ağzına tüpürdü. Kolun di-bində gizləndiyimiz zaman birdən tükürpəndirici bir uşaq səsi eşitdik. Baxnda ürəkağrıdan bir mənzərə gördük: beş-altı yaşlı bir uşaq ata və anasının meyidi üstünə sərilib hönkür-hönkür ağlayır, qıyya çəkirdi. Ermənilər şübhəsiz ki, uşağı görürdülər. Amma qəsdən vurmurdular uşağı, çünki uşaq ağlayır, qıvrılır, əzab çəkirdi. Bundan isə ermənilər ləzzət alırdılar. Artıq gəlib çıxmışdıq Qaraqaya tərəfə. Gördük ki, bizim tərəfdən bir tank gəlir. Sevindik ki, axır xilas olduq. Lakin az sonra tankı vurub dağıtdılar. Yenə qaldıq orda, bir dərənin içində. Axşamüstü möhkəm qar yağırdı. Hamımız büzüşüb oturmuşduq qayanın içində. Bu vaxt Azərbaycan dilində səs eşitdik: "Gəlin, gəlin yanımıza, biz azərbaycanlıyıq, biz ağdamlıyıq!". Bildik bu ermənilərdir. Sonra bir müddət də keçdi. Gördük milli ordumuzun uşaqları xəstələri, yaralıları aparırlar. Gəlib bizə də kömək etdi əsgərlərimiz. Gəldik Ağdama. Qarda-şım Sərxanla birlikdə getdik atamın və anamın meyidini gətirməyə. Üç kilometrə kimi meyidləri sürümüşdük. Çünki ermənilər hər zaman bizi vura bilərdilər. Ata və anamın meyidlərini gətirib Ağdamda - qardaşlıq qəbi-ristanlığında basdırdıq...

İndi bütün bu faciələrdən sonra oturub qəmli-qəmli düşünürəm: Dünyada hansı xalqın başına bu oyunlar açılıb. Hansı xalq öz müqəddəs torpağında belə dəhşətlərdən sar-sılıb? Yaxud hansı xalqın yetirdiyi canlı yer üzünün belə vəhşiliklərini törədib qatilə çevrilə bilər? Bəli, hər xalqın yaxşısı da, pisi də var. Hər xalqın zalımı da, cəlladı da var, mərhəmətlisi, xeyirxahı da. Amma dünyanın ermənilər ki-mi qatil, qəddar insanı heç bir xalqda yoxdur. Hər xalqın qatilində insaf da var, müruvvət də. Hər xalqın qatili nalə çəkib ağlayan körpəyə belə gülləni atmazdı. Balanın gözü qarşısında atanı diri-diri yandırmazdı. Ağsaçlı ananı təpik-ləyib sürüməzdi, beli bükülmüş qarıya silah qaldırmazdı. Cavanların diri-diri dərisini soymazdı. Yox, etməzdi bunu heç bir xalqın qatil oğlu. Bu dəhşətləri yalnız erməni törədə bilərdi. Türk qanına həris, türk millətinə həris erməni! İndi bu qəddarlığından, çirkin əməllərindən sonra səni yalnız bu cür adlandırıram: Kafir! Kafir erməni! Sən öz cəzana çatacaqsan! Kafir erməni!

KAFİR ERMƏNİ!


Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qa-nı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndə-rəndir! Kafir erməni yer üzündə zalımlıq, işgəncə və ağrı bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.
Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar er-mənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı ya-şadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qo-runun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Mə-həmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri [cəhən-nəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə
görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları] gün onlara məzəmmətlə belə deyiləcəkdir: "Siz dünya həyatı-nızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız [dünyada sizin üçün gözəl olan hər şeyi xərclədi-niz, axirətə bir şey qalmadı.] Bu gün isə yer üzündə na-haq yerə təkəbbür göstərdiyinizə və [allahın itaətindən çıxmış] fasiqlər olduğunuza görə həqarətli əzabla cəza-landınlacaqsınız!". Əl-Əhqaf ["Qumsal təpələr"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını oldu. Yüzlərlə günahsız insanın qa-nı axıdıldı. Yüzlərlə insan nahaqcasına qətlə yetirildi. Qa-dının da, kişinin də, körpənin də, ağsaqqal, ağbirçəyin də nəsibi ölüm oldu o gecə...

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN


1. Mehdiyev Şəfa Baba oğlu. Fəhlədir. 54 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.
2. Xəlilova Lalə Tahir qızı. Şagirddir. 14 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.
3. Səlimov Mikayıl Bahadur oğlu. Fəhlədir. 22 yaşında. - Kəllənin qəlpə yarasından həlak olub.
4. Əliyev Arif Xanlar oğlu. Milli ordunun əsgəridir. 22 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.
5. Əmirov Təvəkkül Baxış oğlu. Fəhlədir. 40 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.
6. Nağıyev Yusif Şirin oğlu. 64 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.
7. Naməlum kişi meyidi. 22 - 27 yaşında. - Başından güllə yarası alıb. Güllə beynini dəlib keçmişdir.
8. Naməlum kişi meyidi. 20 - 30 yaşında. - Başın qəlpə yarası. Kəllə sümüyünün kobud sınığı.
9. Naməlum kişi meyidi. 25 - 30 yaşında. - Başın və üst dodağın kəsilmiş yaraları, boyunun en səthinin güllə yarası.
10. Naməlum kişi meyidi. 20 - 25 yaşında. - Döş qəfəsinin arxa səthinin qəlpə yarası, sifətin, boyunun və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları.
11. Naməlum qadın meyidi. 14 yaşında. - Başın güllə yarasından həlak olmuşdur.
12. Allahyarova Qəmzə Qaraş qızı. 55 yaşında. Evdar qadındır. - Qarının güllə yarasından həlak olmuşdur.
13. Allahverdiyeva Teyyubə Nəbi qızı. 50 yaşında. Evdardır. - Başın güllə yarasından həlak olub.
14. Məmmədov Vaqif Şəmil oğlu. 39 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.
15. Mahmudova Roza Cəfər qızı. 60 yaşında. Evdardır. - Qarının güllə yarasından həlak olub.
16. Çobanov Tapdıq Xədicə oğlu. 44 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.
17. Orucov Fazil Ənvər oğlu. 31 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.

"BÜTÜN AİLƏM QIRILIB"


Bu ağır yük çəkilməz,
Bu ağular içilməz.
M. HADİ

Nə bu ağular içilər, nə bu yük çəkilər! Nə bu göz yaşları quruyar, nə qaranlıq ömrüm açı-lar! Nə ötənlər geri dönər, nə itənlər qayı-dar! Könül arzularım bir də pərvazlanıb o yerlərə uçmaz! Sevgili övladlarım yüyürə-yüyürə bir də üstümə qaçmaz! Ömür-gün yoldaşım o xoş təbəssümüylə bir də məni qarşı-lamaz! O günəşlər çıxmaz, o ulduzlar parlamaz daha! O quşlar oxumaz, o çiçəklər ətirlənməz daha! O yurda, o ocağa qayıtsam da üzüm gülməz, könlüm sevinməz! İçim qan ağlar, qan! Onlarsız ömrüm heçdir, günüm, yaşayışım zəhərdir! Məni yaşadan yalnız onları tapıb quru torpağa basdırmaq istəyidir. Sonra neynərəm yaşamağı? Məgər bu yaşamaqmı? Bu cəhənnəm alovunda sürünmək, əzab çəkməkdir! Bütün günü onları, yalnız onları düşünürəm. O 25 fevral gecəsindən sonra günün, ayın ömrümdən necə keçib getdiyini bilmirəm. Mənə görə hər şey - bütün ətraf aləm, bütün canlılar qaranlıq tor içindədir. Adamları da, dostları, tanışları da qəribə tor içində görürəm. Və bir par-laq işıq ziyası görünmür ki, o qaranlığı yarıb aydınlaşdır-sın. Bu zülmət torunda çırpınmağıma son qoysun. Mənim günüm ahu-fəğan içində, qəm nəfəsində keçir...

Nazim astadan, olduqca astadan danışır. Nazim başına gələn faciəni ucadan söyləyə bilmir. Olsun ki, Nazimin ta-qəti də kəsilib, gücü də tükənib və qüvvəti qalmayıb ki, başına gələn faciəni söyləsin. Amma çətin də olsa, ağrılı da olsa istəyirəm ki, Nazim o dərdi danışsın bir-bir: - Fevralın 25-də Noragül istiqamətində döyüşürdük. Düşmənin güclü həmləsinin qarşısını almaq qeyri-mümkün idi. Hər yandan ölüm nəfəsli güllələr saçır, od-alov yağırdı. Postda dayan-maq olmazdı. Ona görə də Xocalının içərilərinə çəkildik. Saat dörddən sonra Xocalıda demək olar ki, heç kim qal-mamışdı. Amma yollarda, küçələrdə meyidlər görünürdü. Gəlib zapravkanın yanına çatdıq. Zapravkadan az aralıda dayandıq. Dostumuzu - Zamini çağırdıq. Səs gəldi. Sən demə erməni imiş. Bizə atəş açdılar. Yıxıldıq yerə. Güllə dostumuz Allahverdinin ayağından dəydi. Orda qala bil-məzdik. Təhlükəli idi. Qayıtdıq şəhərə. Fabrikin yanında dayanıb nə edəcəyimizi bilmirdik. Fabrikin yanındakı ev-dən səs gəlirdi. Xəlvətcə yaxınlaşıb baxdıq. Azərbaycan-lılar idi. 50-yə qədər adam vardı. Onlarla birlikdə şəhərdən tezliklə çıxmaq qərarına gəldik. "Xanabad arxı" deyilən yerə çatanda ermənilər bizi mühasirəyə aldılar. Çətinliklə "Xanabad arxını" tullanıb aradan çıxdıq. Sonra qorxudan hərə bir tərəfə qaçdı. Qaldım tək. Bir az da qabağa gedib meşəyə çatdım. Fevralın 26-da axşam saat beşə kimi da-yanıb yanan yurduma - Xocalıya baxmışam. Xocalı yanıb alovlanırdı. Dəhraz tərəfə çatanda çoxlu xocalını gördüm. Gecəni birlikdə qalıb səhərə kimi dözdük. Sonra yetmiş adam bir yerə, yetmiş də bir yerə bölündük. Fevralın 27-də gecə saat dörddə Dəhraz kəndinin üst tərəfinə çıxdıq. Dörd nəfərlər birlikdə kəndi keçib girdik Gülablıya. Gülablıdan da gəlib çıxdıq Ağdama. Ağdama çatan kimi ailəmi, uşaq-larımı soraqlamağa başladım. Heç kim onlar haqda məlu-mat verə bilmirdi. Sonradan öyrəndim ki, həyat yoldaşımı da, uşaqlarımı da Xocalıda öldürüblər. Həyat yoldaşımın bacısı da orda qətlə yetirilib.

...Nazim ağır dərd içində başına gələnləri danışır. Yenə sakit, ağır-ağır. Nazim bu böyük müsibətini danışdıqca yadıma bayaq bir neçə xocalının sözləri düşür: - Hamımı-zın başına müsibətlər gətirilib. Nazimin dərdi isə çox bö-yükdür. Heç inanmırıq ki, sizə o faciəni danışmağa razılıq versin...

Amma Nazim danışır o faciəni. Sıxıntı və məhrumiy-yətlər içərisində boğulsa da ürəyini göynədən o müsibəti danışır. Ona görə danışır ki, qoy hamı bilsin dünyada ermə-ni vəhşiliyi deyilən bir qorxu var. Və hamı bu qorxulu er-mənilərdən ehtiyatlı dolansın.

Nazimin son dediyi söz bu oldu: - Heç olmasa meyidlə-rini tapsaydım, bir az sakitləşərdim. Ya da heç olmasa sü-müklərini yığıb bir yerdə basdırardım ki, rahatlanım, bir and yerim olsun!

Yox, Nazim, sən sakitləşməyəcəksən. Sən heç zaman sakitlik tapmayacaqsan. Doğma övladlarının - Çinarın, Çingizin, sevimli həyat yoldaşının meyidlərini tapıb bas-dırsan da rahatlanmayacaqsan. Çünki bu elə bir dağdır ki, göynərtisi sinəndə, içərində daim sızıltı verəcək. O dərd sağalan deyil! 11 yaşlı Çinarının boyunu görməyən, 6 yaşlı
Çingizinin şən gülüşlərini eşitməyən, vəfalı ömür-gün yol-daşının isti qayğısına əbədilik möhtac qalan sakitləşərmi? Bu, qətiyyən mümkün deyil. Elə bu ağrıdandır ki, saçların da vaxtsız ağarıb, qəm kölgəsinə bürünüb. Elə bu müsibə-tinin böyüklüyü, ağırlığı qarşısında təslim olub təskinləş-dirici söz də deyə bilmirəm. Faciənə, bu böyük ağrına var-lığımla yansam da sükut içində bir nöqtəyə baxıb susuram. Nədənsə qəm çanağına dönmüş gözlərinlə baxmaqdan eh-tiyatlanıram. Mənə elə gəlir ki, sənin bu ölçüyəgəlməz müsibətində günahkaram. Yalnız mənəmmi günahkar? Yüzlərlə, minlərlə azərbaycanlı sənin və bütün xocalıların faciəsində günahkardır. Bütün azərbaycanlılar günahkardır.

Ardı olacaq