Kamerunda qəza 19 nəfərin ölümünə səbəb oldu

kamerunda-qeza-19-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 1248

Kamerunda avtobus və yük maşını toqquşub, nəticədə 19 nəfər ölüb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Edea şəhəri yaxınlığında qeydə alınıb.

Bildirilib ki, qəza polis postunun yaxınlığında baş verib. Qəzada bir neçə nəfər də xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.