“Kanal 12”nin rəhbəri danışdı- - "İranla heç bir əlaqəmiz yoxdur"

kanal-12nin-rehberi-danisdi-
Oxunma sayı: 13546


Həmçinin aparıcılar da bu iki dildə səlis danışa bilir.  Bundan əlavə, verilişlər boyu titrlərdə latın qrafikasından istifadə olunur. 

Qeyd edək ki, kanalda ancaq dini verilişlər yayımlanır.  Məsələn, verilişlərin danışmanlarından  “Zühur TV”-nin  Türkiyə müdiri olan Cəvat Gök,  Dünya Cəfəri Alimlər Birliyinin başqanı Hasan  Karabulutun adını çəkmək olar.  “Azərbaycan məddahlar birliyi” adlı veriliş də bu kanalın efirində yayımlanır. TV-nin YouTube kanalı da fəaliyyət göstərir.

Verilişlərdə xüsusilə şiə təriqəti ilə bağlı mövzulara toxunulması izləyicilərin arasında birmənalı qarşılanmır. Eyni zamanda bu kanalın yayımlanması dini təbliğat kimi qəbul edilir.  Nəzərə alsaq ki, cənub bölgəsində yaşayan gənclər əsasən İranda dini təhsil almağa üstünlük verir və sözügedən kanal da onların dini düşüncələrinə birbaşa təsir edir.

Həmçinin əlavə edək ki, yayımın adında 12 rəqəminin olması isə 12  imama işarə kimi qəbul edilir. 

Qeyd etdiyimiz kimi, efirdə Azərbaycan dilində səlis çıxışlarına və titrlarda latın qrafikasındakı hərflərdən, hətta "ə", "ö" dən istifadə etmələrinə baxmayaraq, kanalın Azərbaycanla heç bir əlaqəsinin olmadığı məlum oldu.

Məsələ ilə bağlı “Qafqazinfo” MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxlayıb.  O bildirib ki, “Kanal 12” İran kanalıdır: “Cənub bölgəsi İranla həmsərhəd olduğu üçün oranın ötürücüləri bu bölgədə qəbul edilir. Tezliklər güclüdür.  Ona görə də bu kanal cənub bölgəsində yayımlanır.  Qeyd edim ki, Azərbaycanda tezlik problemi  var.  Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezliklərin gücləndirilməsi istiqamətində iş aparır.  Bu problem həll ediləcək”.

***

“Kanal 12” nin rəhbəri  Cəvat Gök kanalın İrana aid olması ilə bağlı “Qafqazinfo”da yayımlanan yazıya münasibət bildirib. O qeyd edib ki,  “Kanal 12”nin İranla heç bir əlaqəsi yoxdur: “Biz İstanbulda fəaliyyət göstəririk. Azərbaycan dövlətinin rəsmi icazəsi ilə “Azerspace” peykində yayımlanırıq. Təəssüf ki, din təbliği ilə bağlı hər hansı iş həyata keçirildiyində bunu İranla əlaqələndirirlər. Bizim əslimiz də Iğdırlıdır. Kanal dinidir, siyasətlə əlaqəsi yoxdur. Azərbaycanın milli dəyərlərinə, dövlətinə hörmətlə yanaşır. Kanal peykdə olduğu üçün  Azərbaycanın hər yerində, o cümlədən xarici ölkələrdə də yayımlanır”. 

Verilişlərdə şiəliyin təbliğinə gəlincə isə, kanal rəhbəri vurğulayıb ki, şiəliyi dünyada  ilk yayan Şah İsmayıl Xətai olub: “ İran əvvəllər sünni olub. İranı şiələşdirən də səfəvilərdir. Dünyada əhli beyti yayan azərbaycanlılardır.  İran Azərbaycandan sonra şiəliyi qəbul edib. Azərbaycanda olan şiələrin sayı dünyanın hər yerindən daha çoxdur. İran dövləti olmasa da, yenə şiəlik var olacaq. Hər şiə İranın siyasətinə əməl etməlidir deyə bir qayda yoxdur. Kanal dini ayrıseçilik yaratmaq məqsədi daşımır, məqsədimiz əhli beytin sözünü insanlara çatdırmaqdır.  Biz İslamı terror adı altında istifadə edənlərə və vəhhabilərə qarşı mübarizə aparırıq”.

Günel