Karantini pozan restoran icarədarı və toy sahibi cərimələndilər - Foto

karantini-pozan-restoran-icaredari-ve-toy-sahibi-cerimelendiler
Oxunma sayı: 2048

Zaqatalada karantini pozan restoran icarədarı və toy sahibi cərimələniblər.

“Qafqazinfo” xəbər verir ki, yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Göl üstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb.

Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.