Xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən Türkiyədən Azərbaycana kartof yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, eləcə də yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu üzrə nəzarətə götürülüb.
Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.
Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı “kartof yükü”nün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.
Karton qutulara keçirilən baxış zamanı ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.





Son xəbərlər
Son Xəbərlər