“Karvan-L”dən Azərbaycan Ordusuna dəstək!

karvan-lden-azerbaycan-ordusuna-destek
Oxunma sayı: 2434

“Karvan-L” Şirkətlər qrupu dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 15 min manat vəsait köçürüb.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda şirkətin əməkdaşları torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub.

“Karvan-L”dən bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda aparılan mübarizədə xalqımız bir yumruq kimi birləşərək düşmənə qalib gələcək.

Xatırladaq ki, “Karvan-L” Şirkətlər qrupu bu ilin Mart ayında da Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianə köçürmüşdü.