Kayhan Yıldızoğlu vəfat etdi

kayhan-yildizoglu-vefat-etdi
Oxunma sayı: 6203

Türkiyənin məşhur aktyoru Kayhan Yıldızoğlu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun qızı Sibel Aybar məlumat yayıb.

O bildirib ki, 90 yaşlı aktyorun dəfn mərasimi bazar ertəsi keçiriləcək. 

Qeyd edək ki, usta aktyor “Kurtlar vadisi pusu”, “Akasya durağı”, “Selena”, “Yabancı damat”, “Cennet mahallesi” və digər məşhur seriallarda rol alıb.