Kəlbəcərdə arıçı minaya düşdü - Yenilənib

kelbecerde-arici-minaya-dusdu
Oxunma sayı: 3321

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib.

Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.

***

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.