Kəlbəcərdə iki Türkiyə vətəndaşı öldü - Yenilənib

kelbecerde-iki-turkiye-vetendasi-oldu
Oxunma sayı: 7658

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, yük maşını dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlər ərazidə çalışan Türkiyə vətəndaşlarıdır.

***

Yolun Ömər aşırımı adlanan hissəsində qeydə alınan qəzada ölənlərin kimliyi məlum olub.

"Mitsubishi" markalı maşının dərəyə aşması nəticəsində Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Yunus Quliyev